Ana səhifə Mobil versiya
18 Sentyabr 2020

Anasının şiş basdığı azyaşlı: “Üç gecə yata bilmədim” - Video

Tərtərdə anası tərəfindən qızdırılmış şişlə dağ basıldığı deyilən azyaşlı Baku TV-yə danışıb. 

Doqquz yaşlı T.D.-nin anası, Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduğunu və uşağın atasının aliment ödəməməsi üçün ona şər atdığını deyib.

Azyaşlı isə açıqlamasında anası ilə yanaşı, həm də nənə və dayısının da onu döydüyünü söyləyib:
“Ondan (anasından) kotlet istədim, mənə dedi ki, həyətdən peyin daşıyım, bişirəcək. Biz dalaşdıq və o da dayımla mənə şiş basdı. Üç gecə yata bilmədim, maz da vurmadı. Sonra atama zəng vurdum ki, gəlib məni aparsın.Ağacla, dəmirlə məni döyürdülər, başıma vururdular. Hər üçü (anası, nənəsi, dayısı) məni döyüb”.

Xatırladaq ki, 2011-ci il təvəllüdlü T.D.-nin atası polisə müraciət edərək oğlunun bud, çanaq, qol və əl nahiyələrinin qzdırılmış şişlə dağlandığını bildirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir./oxu.az

 

Tarix
12 Fevral 2020 [18:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-12 18:15:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin