Ana səhifə
16 Noyabr 2018

Azərbaycanda ebola təhlükəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanda ebola virusuna yoluxma ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiyanın direktor müavini Şaiq Qurbanov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ebolanın kütləvi yayılması mümkün deyil: “Ebolanın müalicəsi mümkün deyil. Mən dünən Amerikadan, Biotəhlükəsizlik Assossiasiyasınin illik konfransından qayıtmışam. Orda da bu mövzu müzakirə edilib. Afrika ölkələrində virusun yayılmasına səbəb təhlükəsizlik qaydalarına əməl edilməməsi, həkim çatışmazlığı, məsələn, ölülərin yuyulduğu su ilə başqalarını əl-üzünü yuması kimi bəzi qədim adət-ənənələrə hələ də riayət edilməsidir. Ebola dünyanın hər hansı ölkəsinə gəlib çata bilər. Məsələn, həmin ölkələrdən tələbələr gətirə bilər, amma ölkəmizdə kütləvi yayılma, daxildə yoluxma ilə bağlı heç bir qorxu yoxdur”.

21 gün ərzində xəstəliyin kliniki əlamətlərinin özünü biruzə verdiyini deyən Ş.Qurbanovun sözlərinə görə, Azərbaycanda müayinələrin dəqiq aparılması və diaqnoz qoyulması üçün şərait və mütəxəssislər var: “Sərhəd- keçid məntəqələrində xüsusi nəzarət lazımdır. Aldığımız məlumata görə həmin məntəqələrdə avandanlıqlar quraşdırılıb”.( İnterpress.az)

Tarix
13 Oktyabr 2014 [12:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin