Bakıda sürücü uşaqlarının həyatını təhlükəyə atdı - Video

16:41 - 12 Fevral 2020 - HADİSƏ

Bakıda sürücünün avtomobili şüşəsiz şəkildə idarə etməsinin görüntüləri yayılıb.

Sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.

Görüntülər Bakı Dairəvi yolunda lentə alınıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini arxa şüşəsi olmadan idarə edib. Videogörüntülərdə avtomobilin arxa sərnişin oturacağında azyaşlı uşaqların olması diqqət çəkib.

Avtomobilin bu vəziyyətdə olması sərnişinlərin həyatı üçün kifayət qədər təhlükəlidir. Baş verə biləcək qəza anında ağır xəsarət və ölüm qaçılmaz ola bilər./oxu.az

 

Xəbər xətti