Hadisə özünə illər sonra sevgili tapdı- Foto

13:50 - 12 Fevral 2020 - MAQAZİN

Türkiyənin məşhur pop ifaçısı Hadisə Açıkgöz şəxsi həyatı ilə diqqət mərkəzindədir.

34 yaşlı müğənninin adı bu dəfə aktyor Kaan Yıldırımla hallanır. Sevgilisinin olduğunu deyən, lakin həmin şəxsin adını açıqlamayan Hadisənin sevgilisinin K. Yıldırım olduğu ortaya çıxıb.

İddianı gücləndirən səbəb kimi sənətçinin yataq paltarında Kaanın iti ilə foto çəkdirib paylaşması olub. Aylar əvvəl çəkilən şəkil instaqram istifadəçiləri tərəfindən ortaya çıxarılıb.
Qeyd edək ki, Kaan ötən il aktrisa Ezgi Eyüboğludan boşanıb. Onun adı bir müddət əvvəl aktrisa Demet Özdemirlə çəkilib./qafqazinfo


Xəbər xətti