“Milan”ın avrokubokdakı oyunu azərbaycanlı referiyə tapşırılıb

15:28 - 11 Fevral 2020 - İDMAN

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib. 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu dəfə kişi voleybolçular arasında keçirilən “Çelenc Kap”ın 1/8 final mərhələsində iş başında olacaq.

O, “Milan” (İtaliya) ilə “Mladost” (Xorvatiya) arasında cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək. Fevralın 13-də Milanda baş tutacaq oyunda köməkçi referi isə ispaniyalı Fernando Benites olacaq.

Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında italyanlar 3:0 hesabı ilə qalib gəliblər.

Xəbər xətti