Ana səhifə
18 Dekabr 2018

Millət vəkilinin mandatı ləğv ediləcək

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv olunacaq.


 

Ucnoqta.azxəbər verir ki, M. Qurbanlının deputat mandatının ləğv edilməsi barədə müraciəti MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

 

M. Qurbanlı açıqlamasında deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilib, ona böyük etimad göstərilib: “Qanuna görə mənim deputat fəaliyyətimə son verilməlidir. Mən bununla əlaqədar MSK-ya ərizə vermişəm və Konstitusiyaya uyğun olaraq deputat fəaliyyətimə xitam veriləcək. Hesab edirəm ki, mən uzun müddət deputat olan şəxs kimi yığdığım təcrübəni Dövlət Komitəsində də istifadə edə biləcəyəm. İnsan üçün əsas şərt xalqa, dövlətə xidmət göstərmək, dövlət rəhbərinin tapşırıqlarını yerinə yetirməkdir. İstər millət vəkili, istərsə də Dövlət Komitəsinin sədri kimi mən həmişə üzərimə düşən işləri yerinə yetirməyə çalışmışam, indi də çalışıram”.  (APA)

 

Tarix
13 Oktyabr 2014 [12:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin