Küveytdə erməni təxribatının qarşısı alındı

"Fevralın 9-da Küveyt Universitetinin Neft və mühəndislik fakültəsi tərəfindən təşkil olunan mədəniyyət festivalının açılışı olub. Əsasən universitetdə təhsil alan tələbələrin təmsil etdiyi 30-a yaxın dövlətin səfirliyinin, o cümlədən Azərbaycanın Küveytdəki səfirliyinin qatıldığı bu festival çərçivəsində ölkəmizin mədəniyyəti, turizm imkanları və s. barədə məlumatlar, nəşrlər, suvenirlər təqdim olunub. Festivala ölkəmizin Küveytdəki səfirliyinin əməkdaşları ilə yanaşı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri qatılıblar. Ermənistan stendində bu ölkənin səfirliyi tərəfindən Azərbaycana qarşı təxribat törədilərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun təşviq edilməsi cəhdi aşkarlanıb. Səfirliyimizin əməkdaşlarının məsələ ilə əlaqədar müdaxiləsindən sonra Ermənistan stendindəki saxta “xəritələr” aradan qaldırılıb və universitetin rəhbərliyi baş vermiş insidentə görə Azərbaycan tərəfindən üzr istəyib".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu günlərdə Küveyt Universitetində təşkil olunan sərgi çərçivəsində Ermənistan tərəfinin təxribata əl atdığı barədə məlumata münasibət bildirərkən deyib.
"Təəssüflə qeyd etmək itərdik ki, işğalçı Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən sərgi və festivallarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaratdığı qeyri-qanuni rejimi təbliğ etməyə cəhdlər göstərir. Lakin bu kimi cəhdlər uğursuzluğa düçardır. Belə ki, bu cür qanunsuz təbliğat cəhdləri tərəfimizdən aşkarlandığı halda dərhal onların qarşısı alınır"./report

Tarix
10 Fevral 2020 [19:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-10 19:14:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin