Polşada saxtakarlıq edən azərbaycanlılar tutuldu

10:00 - 10 Fevral 2020 - Cəmiyyət

Polşada Azərbaycan və Ukrayna vətəndaşı saxlanılıb.

Polskieradio.pl-nın yaydığı xəbərə görə, saxtakarlıqla məşğul olan qrup üzvləri iki Ukrayna, iki Azərbaycan və azərbaycanlılardan birinin arvadı olan Polşa vətəndaşlarıdır.

Onlar xarici vətəndaşlara pul müqabilində saxta sənəd hazırlamaqda kömək ediblər.

Həmin şəxslər saxta işədüzəltmə sənədləri ilə əcnəbilərə Polşa ərazisində qalmağa şərait yaradıblar.

Bu yolla onlar 537 xarici vətəndaşa saxta sənəd hazırlayıblar. Həmin şəxslər Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Pakistan, İran, İraq və Qazaxıstan vətəndaşlarıdır./oxu.az

 

Xəbər xətti