DİN: Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb

21:19 - 9 Fevral 2020 - Xəbər

2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.

Xəbər xətti