Qarabağda daha bir erməni əsgər öldü
17:10 - 9 Fevral 2020 - Xəbər
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi hissələrin birində erməni hərbçi ölüb.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu gün səhər saat 07:45 radələrində 2001-ci il təvəllüdlü Valeri Petrosyan qəfil ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan ordusunda tez-tez ölüm halları baş verir.