Şəmkirdə maşın qarda batdı

10:15 - 9 Fevral 2020 - Cəmiyyət

Şəmkirdə maşın qarda batıb.

Bununla bağlı Fövqaladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Qasımalılar kəndində “ВАЗ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə FHN-in “112” qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən dörd nəfərə kömək göstərilib. FHN əməkdaşları qarda qalan maşını çıxarıb./oxu.az

 

Xəbər xətti