Sabah – fevralın 9-da növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək.
Səsvermə saat 08:00-da başlayacaq, 19:00-da başa çatacaq. Seçkilərdə 1 314 namizəd mübarizə aparacaq. Seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Seçki prosesini 77 790 yerli müşahidəçi izləyəcək.