Neftçalada baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.
Yanğınla əlaqədar əlavə məlumatın veriləcəyi qeyd edilir.