Şəkidə avtomobil piyadanı vurub

12:10 - 8 Fevral 2020 - HADİSƏ

Şəkidə 72 yaşlı kişini maşın vurub.

Məlumata görə, hadisə bu gün saat 11 radələrində Şəki şəhər ərazisində baş verib. Belə ki, 1948-ci il təvəllüdlü Nazim Lütvəli oğlu Cəfərov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Cəfərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Apa

Xəbər xətti