Ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişiklik edildi - QƏRAR

20:47 - 7 Fevral 2020 - Xəbər

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. 

Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiqlənib və dəyişiklik əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslara şamil olunub.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən qərara alınıb./report

Xəbər xətti