Bu gün səhər saatlarında Qubanın Qarxun kəndində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, yanğın zamanı güclü qasırğa olub. Üç ev tamamilə yanıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, müavinləri və digər qurumların məsul şəxsləri hadisə yerində olublar.
Qeyd edək ki, ot tayalarında başlayan yanğın evlərə keçib. Hadisə yerinə iki helikopter cəlb edilib.