FHN Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib - YENİLƏNİB

11:36 - 7 Fevral 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib.

FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib  ki, bu gün Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub: “Əlavə məlumat veriləcək”.

***

Saat 10:13

Qubanın Qarxun kəndində yanğın başlayıb.

Məlumata görə, yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib.

Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.

Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.  

Xəbər xətti