Tovuzda bibisinin evindən oğurluq edən şəxs tutulub - Foto

10:46 - 7 Fevral 2020 - HADİSƏ

Fevralın 4-də Tovuz rayon Polis Şöbəsinə  müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının  və nağd pulun oğurlandığını bildirib.

Məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə  istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Apa

 


Xəbər xətti