Qubanın Qarxun kəndində ot tayalarından başlayan yanğın evlərə keçib

10:18 - 7 Fevral 2020 - HADİSƏ

Qubanın Qarxun kəndində yanğın başlayıb.

Yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib.

Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.

Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.  

Xəbər xətti