Bərdədə çoban qoyun dərmanından zəhərlənib öldü

09:52 - 7 Fevral 2020 - HADİSƏ

Bərdə sakini zəhərlənmədən ölüb.

Hadisə rayonun Kərimbəyli kəndindəki fermalardan birində baş verib.

Rayonun Əyricə kəndində qeydiyyatda olmaqla Kərimbəyli kəndindəki fermada yaşayan, 1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən "Neastol" məhlulundan zəhərlənib. Ş. Bağırov yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti