Ramil Şeydayev yenidən Azərbaycana qayıdır

15:34 - 6 Fevral 2020 - İDMAN

Millimizin futbolçusu Ramil Şeydayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu “Neftçi”də çıxış edə bilər.
Qeyd edək ki, Moskva “Dinamo”su Rusiya Premyer Liqasında cəmi səkkiz oyuna çıxmış Şeydayevlə müqaviləyə birtərəfli şəkildə xitam verib. Bu üzdən oyunçu Rusiya Futbol İttifaqına (RFİ) şikayət edib. Nəticədə RFİ “Dinamo”ya onun müqaviləsində nəzərdə tutulan maaşı ödəməyənədək Moskva klubuna transfer qadağası qoyub.

Xatırladaq ki, Ramil Şeydayev 2017/18 mövsümündə “Qarabağ”da icarə əsasında oynayıb. Həmin vaxt Türkiyənin “Trabzonspor” klubuna məxsus olan futbolçu Azərbaycan Premyer Liqasında 15 oyun keçirib və cəmi bir qola imza atıb. 

Xəbər xətti