Məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanıldı

13:59 - 6 Fevral 2020 - Xəbər

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib. Belə ki, məktəbin 9-cu sinif şagirdi M.Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü N.Əliyevi mübahisə zəminində bıçaqlayıb.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törədən M.Qasımov müəyyən edilib.
Araşdırma aparılır./report

Xəbər xətti