Qazaxda məktəbdə İNSİDENT: 9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

12:47 - 6 Fevral 2020 - HADİSƏ

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

Hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./apa

Xəbər xətti