Azərbaycanın bu rayonunda 21 kənd işıqsız qalıb - RƏSMİ

11:28 - 6 Fevral 2020 - HADİSƏ

Güclü külək Lerikin dağ kəndlərində elektrik enerjisinin verilişində problem yaradıb.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, dünən axşam saatlarından başlayan güclü külək səbəbindən Lerikin bir sıra kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb:
“Gecədən başlayan güclü külək nəticəsində rayonun bəzi yüksək dağ kəndlərində insanlara, evlərə təhlükə yaranmaması üçün “Azərişıq” ASC elektrik enerjisinin verilişini qısa müddətə dayandırıb.

Hazırda “Azərişığ”ın bir neçə briqadası elektrik enerjisinin bərpası üçün ərazidə tədbirlər görür. Lənkərandan da əraziyə briqada dəstəyi göndərilib. Güclü külək ərazidə işlərin gedişatını yubadır. Günortaya qədər bütün rayon ərazisində elektrik enerjisinin verilişi tam bərpa olunacaq. Hazırda 163 kənddən 142-də elektrik enerjisi təchizatı var”./oxu.az

Xəbər xətti