Şirvanda qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

10:19 - 6 Fevral 2020 - HADİSƏ

Şirvanda bədbəxt hadisə baş verib.

Hadisə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydəalınıb. Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Əliyeva Aygüzar Allahverdi qızı 8-ci mərtəbədən yıxılıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Apa

 

Xəbər xətti