İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, qəzadan sonra 139 nəfər 18 fərqli xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.
23:01
İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların sayı artıb.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. İstanbul şəhərinin qubernatoru Ali Erlikaya bildirib ki, "Boeing 738" layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində xəsarət alanların sayı 120 nəfərə çatıb.
O, qeyd edib ki, hadisə zamanı təyyarədə 177 nəfər - 171 sərnişin və 6 heyət üzvü olub. Hadisə zamanı ölən olmayıb.