Elmar Məmmədyarov TDƏŞ-in Baş katibi ilə görüşüb -Foto

22:25 - 5 Fevral 2020 - SİYASƏT

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə cari ilin 6 fevral tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə etdilər.

Xəbər xətti