Bakıda 7 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanıldı

16:31 - 5 Fevral 2020 - HADİSƏ

Bakının Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində F.Hüseynov yeddi yaşlı qıza qarşı cinsi təcavüz etməyə cəhd göstərib.
Həmin şəxs qonşusunun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.

Xəbər xətti