Qarşılıqlı inam şəraitində keçən görüş

15:06 - 5 Fevral 2020 - Xəbər

Milli Məclisə növbədənkənar seçkilər üzrə 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Vüqar Seyfulla oğlu Məmmədovun təbliğat təşviqat kampaniyası uğurla davam etdirilir.

Əvvəlki deputat Nəsib Məhəməliyev rayonunun icra strukturu və bələdiyyə qurumları vasitəsilə seçicilərə təzyiqlər edir, onların seçki hüququna müdaxilələrə yol verir, seçicilərin hüququnu pozmaqla digər namizədlərin---xususən Vüqar Seyfulla oğlu Məmmədovun əleyhinə qanundankənar hərəkətlərə etməkdə davam edir

Gənc namizəd Vüqar Seyfulla oğlu Məmmədovu rayon ziyalıları,sadə insanlar, müəyyən təzyiqlərlə üzləşən sahibkarlar və fermerlər dəstəklədiyir..

Dünən isə deputatlığa namizəd Vüqar Seyfulla oğlu Məmmədov şəhər mərkəzində və Balakənin mərkəzindəki bazarda seçicilərlə görüşmüşdür. Maraqlı, qarşılıqlı inam şəraitində keçən görüşdə seçicilər gələcəkdə deputatlarının məhz Vüqar Seyfulla oğlu Məmmədov olacaqlarına əminliklərini bildirmişlər.

Qeyd edək ki 1973-cu il təvəllüdlü Vüqar Seyfulla oğlu Məmmədov ilk dəfədir ki deputatlığa namizədliyini irəli sürüb. Ali təhsilli hüquqşünasdır. Elmi işlə məşğul olur. Bitəfdir. Evlidir. 4 övladı var.


Xəbər xətti