Qaradağda maşın piyadanı vurub öldürdü

13:12 - 5 Fevral 2020 - HADİSƏ

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 4-də saat 6 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədaqət Əfəndiyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti