Azərbaycan hərbçiləri Moskvada paradda iştirak edəcək

13:07 - 5 Fevral 2020 - Xəbər

Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edəcək.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.

Xəbər xətti