Şirkətdən 20 min manatlıq oğurluq edildi

11:45 - 5 Fevral 2020 - HADİSƏ

Kürdəmirdə şirkətdən 20 min manatlıq oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kürdəmir Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20 000 manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.

Xəbər xətti