Smartfonların qiymətində qəfil bahalaşma

09:59 - 5 Fevral 2020 - Xəbər

Mart ayında smartfonların qiymətində qəfil bahalaşma və onların çatışmazlığı gözlənilir.

Koronavirusun yayılması səbəbindən Çində eyni vaxtda bir neçə zavod fəaliyyətini dayandırıb.

Xəbərdə bildirilir ki, zavodlarda hər həftə qiymətlərə 3 faiz artım əlavə ediləcək.

Aparıcı istehsalçılar artıq avtomatlaşdırma ehtiyatları ilə bağlı problemlər barədə xəbərdarlıq edirlər.

Bu nöqteyi-nəzərdən mövcud vəziyyət xüsusilə Çindən gələn ehtiyyat hissələri daxil olmaqla, avtomatlaşdırma bazarındakı qiymətlərə heç də yaxşı təsir göstərməyəcək./oxu.az

 

Xəbər xətti