Yevlaxda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

20:39 - 4 Fevral 2020 - HADİSƏ

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.

 "Opel" markalı avtomobil yük maşınına çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Vüsal Xəlilov xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti