Zaqatalada velosipedçini maşın vurub

17:30 - 4 Fevral 2020 - HADİSƏ

Zaqatalada velosipedçini maşın vurub.

Hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Veysəl Oruc oğlu Balabəyov idarə etdiyi volosipedlə hərəkətdə olarkən  “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan V. Balabəyov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

V. Balabəyovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır./Apa

Xəbər xətti