Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü - Foto - Video

16:39 - 4 Fevral 2020 - HADİSƏ

Bakı şəhəri, Nəsimi rayon ərazisində nəqliyyat vasitəəsinin üzərinə ağac aşıb.

1 saylı Şəhər Kliniki Xəstəxanasına ("Semaşko") məxsus olan ərazidə ağac qırılıb və Elnur Bəylərovun park etdiyi BMV markalı 99-RG-932 dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilinin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Daha sonra E.Bəylərov hadisə ilə bağlı Bakı şəhər Yaşıllaşdırma idarəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məlumat verib./report

 


Xəbər xətti