Ana səhifə
22 Sentyabr 2018

Rəisdən “New life” ilə bağlı- Açıqlama

DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi müğənni Elçin Hüseynova məxsus olan “New life“ çay evində əxlaqsızlıq yuvasının aşkar olunmasına münasibət bildirib. 
 

 

"Ucnoqta.az" xəbər verir ki, qafqazinfo-ya açıqlamasında  Şərif Əsədullayev qeyd edib ki, camaat haqlı olaraq “New life” kafesi haqqında rayon İcra hakimiyyətinə şikayət edib: “Şikayətçilər həmin kafedə əxlaqsız adamların toplandığını bildiriblər. Onların dediyi fakt da öz təsdiqini tapıb. İdarənin əməkdaşları əməliyyat keçirib. Bununla əlaqədar də Cinayət işi başlanıb. Hazırda istintaq gedir”.

Qeyd edək ki, müğənni Elçin Hüseynov isə jurnalistlərə açıqlamasında kafenin onun adına olmadığını və orada heç bir əxlaqsızlıq yuvasının fəaliyyət göstərmədiyini açıqlamışdı.  Daha sonra E. Hüseynovun bacısının yoldaşı, müğənni Yusif Mustafayev həmin kafenin qayınına məxsus olduğunu təsdiqləmişdi.

 

Tarix
13 Oktyabr 2014 [11:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin