Gürcüstanda şəxsi evdə dəhşətli yanğın: 4-ü uşaq, 6 ölü

11:26 - 4 Fevral 2020 - HADİSƏ

Gürcüstanın İmereti bölgəsində şəxsi yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər dünyasını dəyişib. Ucnoqta.az xəbər verir ki, insident Baqdati şəhərinin Çereteli küçəsində qeydə alınıb. Bu barədə fevralın 3-də ölkənin Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyətləri idarəetmə üzrə xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yanğınla bağlı məlumat, 6 yanğından xilasetmə briqadası hadisə yerinə çatdıqdan 6 dəqiqə əvvəl daxil olub. Yanğın söndürüldükdən sonra əməkdaşlarımız evə daxil olublar, oradan 1-i hamilə olmaqla 2-si qadın və 4 uşağın meyitini aşkarlayıblar. 

İlkin məlumatlara görə, dünyasını dəyişən şəxslər bir ailənin üzvləridir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Xəbər xətti