Bakıda ağacdan asılmış kişi meyiti tapılıb

11:10 - 4 Fevral 2020 - HADİSƏ

Bakıda meyit tapılıb.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakinlərini küçədə ağacdan asılmış kişi meyiti aşkar ediblər. Dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Kürdəmir rayon sakini,  1976-cı il təvəllüdlü Bədəlov Elxan Telman oğlu olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır./Apa

Xəbər xətti