Çində koronavirusdan ölənlərin sayı 425-ə çatıb

08:35 - 4 Fevral 2020 - DÜNYA

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb. Məlumata əsasən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21,5 min nəfərdir. İndiyədək 622 nəfər sağalaraq xəstəxananı tərk edib. 

Xəbər xətti