Bakıdan Rostov-Dona gedən yük qatarı Rusiyada qadını vuraraq öldürüb

08:23 - 4 Fevral 2020 - HADİSƏ

Dağıstanın paytaxtı Mahaçqalada yük qatarı qadını vuraraq öldürüb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə yük qatarının Bakı-Rostov-Don xətti üzrə hərəkəti zamanı baş verib. Şahidlərin sözlərinə görə, “Anji-bazar” rayonu ərazisində qeydə alınan ölüm hadisəsi qadının dəmir yolunu keçərkən qulaqcıqlardan istifadə etməsi olub: “Yüksək səslə mahnıya qulaq asan qadın bu səbəbdən gələn qatarın səsini eşidə bilməyib”. 

Xəbər xətti