Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - Foto

21:28 - 3 Fevral 2020 - HADİSƏ

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sor-Sor kənd sakini, 1958-ci il təvəllüdlü Qasımov Lələkişi Maqsud oğlu "VAZ-2107" markalı avtomaşınla İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Lələkişi Qasımov və sərnişin Məmmədov Sərdar Səttar oğlu müxtəlif növ yüngül bədən xəsarətləri alıb. Onlara hadisə yerində təcili tibbi yardım şöbəsinin əməkdaşları ilkin tibbi yardım göstərib.

Fakt araşdırılır./report


Xəbər xətti