Dünyanın ən kədərli 12 saniyəsi... - Video

19:57 - 3 Fevral 2020 - DÜNYA

Çində 361 nəfərin həyatına son qoyan koronavirus Uhanda dəhşətli görüntülərə səbəb olmaqda davam edir.

Virusa yoluxan və xəstəxanada karantin otağına yerləşdirilən körpənin sosial şəbəkələrdə yayılan videosu hər kəsi qəhərləndirib. Belə ki, həkimdən onu qucağına almasını istəyən azyaşlı ona doğru qollarını açır.

Uşağı götürə bilməyən həkim bu zaman göz yaşlarını saxlaya bilmir. Görüntülər “dünyanın ən kədərli 12 saniyəsi” adlandırılıb./qafqazinfo

 

Xəbər xətti