Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

19:17 - 3 Fevral 2020 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

Hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Hafiz Nəcəf oğlu Qurbanov və 1992-ci il təvəllüdlü Orxan Sadiq oğlu Tanrıverdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, onlara sol ayaq və sol əlin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. /report

Xəbər xətti