14 yaşlı Əmrahın meyiti transformatorda tapıldı

18:01 - 3 Fevral 2020 - HADİSƏ

Qusarda iki gün öncə itkin düşən uşağın meyiti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun kənd ərazisindəki transformatorun içində meyiti tapılıb.

Onu elektrik vuraraq öldürüb. Onunla birgə yanında it də olub, həmin it də ölmüş vəziyyətdə olub. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Ə.Əmrahov fevralın 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Xəbər xətti