Ana səhifə
23 Sentyabr 2018

Qısqanc ər bazarda arvadını bıçaqladı

Tacikistanın şimalında kişi bazara gələnlərin gözü qarşısında arvadını bıçaqlayaraq qətlə yetirib.

 

Ucnoqta.azxəbər verir ki, bu barədə “İnterfaks” bazar ertəsi Tacikistan DİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, qısqanclıq zəminində baş verən insident paytaxt Düşənbədən 310 kilometr şimal-şərqdə yerləşən Babacan Qafurov rayonunda qeydə alınıb: "Əvvəllər məhkum olunmuş 27 yaşlı Siracəddin Bəhramov “Farovan” bazarında qısqanclıqla öz arvadını döyməyə başlayıb. Sonra o, qadına dörd bıçaq zərbəsi endirib".

Bazarda olan adamlar Bəhramova mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər: "Kişi yalnız bıçaqla zərbə endirməyi dayandırdıqdan sonra saxlanılıb. Qadın təcili tibbi yardım gələnədək vəfat edib".

S.Bəhramov həbs edilib. Ona qarşı xüsusi amansızlıqla qətl törətmək ittihamı irəli sürülüb.

2014-cü ilin yanvar-avqust aylarında Tacikistanda 76 qətl hadisəsi qeydə alınıb ki, bu da ötən ilin analoji dövründəkindən 5 faiz azdır.(Hafta.az)

 

Tarix
13 Oktyabr 2014 [11:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin