"Tottenhem" "Mançester Siti"yə qalib gəlib

23:41 - 2 Fevral 2020 - İDMAN

Futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun matçında London "Tottenhem"i "Mançester Siti" üzərində qələbə qazanıb.

 Londonda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. “Tottenhem”in heyətində Stiven Berqveyn və Son Xın Min fərqlənib. 60-cı dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Aleksandr Zinçenko qırmızı vərəqə alıb.

"Tottenhem" 25 turdan sonra 37 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində üçüncü yeri tutur. "Mançester Siti" 51 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. /report

Xəbər xətti