Çində koronavirusa yoluxanların sayı 14489 nəfərə çatıb- 304 ölü

19:30 - 2 Fevral 2020 - DÜNYA

Çində daha 109 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə “Report” “Vani” agentliyinə istinadən xəbər verir. Məlumata görə, 2019-nCoV koronavisuruna yoluxanların sayı 14489 nəfərə çatıb.
Qeyd edilir ki, 418 nəfər xəstəxanadan evə buraxılıb.

Rəsmi statisitikaya əsasən virusa yoluxanlar arasında birinci yerdə Xubey əyaləti (9000 nəfərdən çox xəstə, 294 ölü) tutur. Siyahıda daha sonra Çjeçzyan əyaləti qərarlaşıb. Burada 661 nəfər yeni virusa yoluxub. Həmçinin Quandun əyalətində 632 nəfər, Xenanda isə 493 sakin (daha 2 ölüm) bu virusun daşıyıcısıdır.

Daha əvvəl Çində 14380 nəfərin koronavirusa yoluxduğu xəbər verilib. 

Xəbər xətti