Bakıda avtomobili qarət etmək istəyən şəxs saxlanıldı - FOTO

19:06 - 2 Fevral 2020 - HADİSƏ

Bakıda avtomobili qarət etmək istəyən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 1-də, səhər saat 04:30 radələrində, Nizami rayonu, Tofiq Abbasov küçəsində qeydə alınıb. Kürdəmir rayon sakini, Aqil Qasımov avtomobilin şüşəsini sındıraraq onun içərisindəki maqnitofonu oğurlamağa cəhd edib. Bu zaman ərazidə olan Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrol Xidməti (PPX) əməkdaşlarının operativliyi nəticəsində A.Qasımov hadisə yerində yaxalanıb və 25-ci Polis Bölməsinə (PB) təhvil verilib.

Faktla bağlı Nizami RPİ-nin 25-ci PB-də araşdırma aparılır.


Xəbər xətti