Çində quş qripi yayılıb

11:32 - 2 Fevral 2020 - DÜNYA

Çində quş qripi yayılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, H5N1 quş qripi Xunan əyalətində qeydə alınıb.

Nazirlik bildirib ki, fevralın 1-də Kənd Təsərrüfatı Nazirliyi Çinin Şaoyan şəhəri ərazisində cücə-broylerləri arasında H5N1 quş qripinin yayılması haqqında hesabat alıb.

 

Xəbər xətti